"Ümummilli ziyalı" ilk milli addımını atdı

12-01-2023, 09:14           
"Ümummilli ziyalı" ilk milli addımını atdı
Təsəvvür edirsinizmi, Seymur Talıbovun müdrik ağsaqqallığı sayəsində dünyanın ən aparıcı ali məktəbləri arasında yer alan NDU-nun hüquq kafedrasında damazlıq elmi xadimi yoxdur. Hətta kafedranın müdiri Elman Abbasov belə bakalavrmış. Kafedranın "alim" heyəti köhnə polis, ədliyyə işçilərindən təşəkkül tapıbmış.
Biz rektor Elbrus İsayev müəllimin çoxsaylı xahişlərini nəzərə alıb NDU barədə yazılarımıza başlayan kimi, kafedranın sabiq müdiri Qərhəman Behbudovu tez-tələsik universitetə çağıran rəhbərlik ondan üzr istəyib sabahdan işinin başına qayıtması ricasında bulunub. Çünki Qəhrəman müəllim bu kafedranın yetidirdiyi yeganə elmlər namizədidir.
Hesab edirik ki, bu təşəbbüs "ümummili ziyalı" Elbrus İsayevin indiyədək atdığı ilk müsbət addımdır və hörmətli rektoru buna görə alqışlayırıq. Amma bu o demək deyil ki, biz NDU barədə redaksiyamıza daxil olan şikayətləri yayımlamağı dayandıracağıq. Elbrus müəllimdən daha cəsarətli addımlar gözləyirik.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.