Banklar kredit faizlərini açıqladı- Soyğunçuluğa davam

30-05-2016, 18:34           

Azərbaycanda istehlak kreditlərini bərpa edən bankların sayı günü-gündən artır. Bu, özlüyündə müsbət hal olsa da, problemli kreditlər məsələsini yenidən gündəmə gətirir. Çünki ölkədə problemli kreditlərin çoxluğunun əsas səbəblərindən biri faiz dərəcələrinin yüksək olmasıdır. Amma gəl gör ki, banklar yenə də mümkün ən yüksək fazilə kreditlər verirlər.

Əksər banklar vətəndaşlara istehlak kreditlərini 29 faizlə təklif edir.

Teref/info xəzərxəbər-ə istinadən bildirir ki, bank mütəxəssisi Anar Ramazanovun sözlərinə görə, Mərkəzi Bank istehlak kreditləri üçün maksimal faiz dərəcəsini 29 faiz müəyyənləşdirib. Görünən odur ki, banklar da maksimal həddən aşağı düşmək fikrində deyillər.

Ekspert hesab edir ki, banklar bununla qanunvericiliyin tələbini pozmasalar da, problemli kreditlər riskini yenə artırır. Nəticədə müştərilər qədər özləri üçün də problem yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.