Eldar Mahmudova kəsilən pensiyanın MƏBLƏĞİ BİLİNDİ - Görün, nə qədər pensiya alır

24-01-2023, 17:22           
Eldar Mahmudova kəsilən pensiyanın MƏBLƏĞİ BİLİNDİ -
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

TEREF.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərdə bildirilir. Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gununsesi.info-nun bu barədə sorğusunu cavablandırmaqdan imtina edib.

Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, MTN-nin ləğvindən sonra cəmiyyətdə Mahmudovun həbs ediləcəyi barədə gözləntilər olsa da sonradan özünü doğrultmadı.

Baxmayaraq ki, MTN-nin 22 nəfər yüksək vəzifəli şəxsi məhz vəzifə cinayətlərinə görə, mühakimə olunub.

Qeyd edək ki, Azərbaycanda minumum pensiya 280 manat təşkil edir.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.