Qazi ilə bağlı çəkilən video trendə çevrildi: izlənmə rekordu vurdu - VİDEO

25-01-2023, 11:13           
Qazi ilə bağlı çəkilən video trendə çevrildi: izlənmə rekordu vurdu - VİDEO
TikTok sosial şəbəkəsində paylaşılan video ölkədə trendə çevrilib.

Ölkə.Az xəbər verir ki, Suqovuşana ilk bayrağı sancan qazi İlkin Fərzəliyevin də iştirak etdiyi yumoristik video insanların marağına səbəb olub.

Vayner Rəsul Tahirovun çəkdiyi vaynda bəzi insanların qazilər üzərindən səs-küy salaraq populyarlıq qazanan şəxslərə dəstək olmasına ironiya ilə yanaşılıb.

O, videonu “yanlış insanlara dəstəyə son” başlığı ilə paylaşıb.

Hətta tiktok platformasından imtina edən, ciddi hesab olunan şəxslər də sözügedən vaynı "acı reallıq" başlığı ilə paylaşıblar.

Video bir sutka tamam olmamış sosial şəbəkələrdə milyondan çox baxış toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru