Vətəndaşa bax beləcə fırıldaq gəlinir... - GİLEY

27-01-2023, 11:25           
Vətəndaşa bax beləcə fırıldaq gəlinir... - GİLEY
Az qala bütün dünyada çağdaş inkişaf xəttinin tələbi kimi internet üzərindən alış-veriş yetərincə populyar olsa da, Azərbaycanda bu sahə hələ də axsamaqdadır ki, bunun da tutarlı səbəbləri var. Ən başlıca səbəb kimi isə inamsızlıq faktordurur. DİA.AZ bildirir ki, əslində bu məsələdə vətəndaşlar tam olaraq haqlıdırlar. Mövcud nəzarətsizlik internet üzərindən məhsul satmağa çalışanlar arasında dələduzların da sayını artırıb. Bu barədə, doğrudur, rəsmilərimiz zaman-zaman həyəcan təbili çalır, vətəndaşları uynaıq olmağa səsləyir... Amma bu çağırışlar yetərli müdaxilə olmadan vətəndaşlar yenə də aldadılır... Elə aşağıdakı faktda olduğu kimi...

"Şikayətim "Purple Cake Boutique"dəndir". DİA.AZ bildirir ki, bunu "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Səbilə Cabbarova adlı istifadəçi qeyd edir.



Daha sonra narazı vətəndaş yazır: ""Bento tort" sifariş etmişdim. Sifariş verdiyim saatdan gec hazır olmağını bir kənara qoyuram. Əslində dadına əmin olduğum və edə biləcəklərinə güvəndiyim üçün heç şübhə etmədəm buradan sifariş vermişdim.

Nəticədən sadəcə şok oldum. Heç belə birşey gözləmirdim. Bununla bağlı instagram səhifələrinə yazdim... mesajı oxudular, ancaq cavab belə verməyə təhəmmül etmədilər...



P.S Sifariş etdiyim və hazırlanan tort..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.