“Dərmanların Azərbaycana gətirilməsində monopoliya var” – Deputat

29-01-2023, 00:04           
[img]https://teref.az/uploads/posts/2023-01/1674927587_1.jpg[/img
“Mən başa düşürəm dünyada qiymət artımı var. Dərmanların qiymətində də müəyyən qədər artımlar olur. Türkiyədə də dərman qiymətlərində artımlar var, amma bizdəki kimi deyil”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə 7-8 dəfə qiymət artımı var:

“Bu çox ciddi problemdir. Çünki dərmanın gətirilməsində də müəyyən monopoliya, inhisarçılıq var. Bu aradan götürülməlidir. İstənilən sahibkar gedib dərman gətirə bilməlidir. Bundan başqa Azərbaycanda dərmanın bolluğunu yaratmaq lazımdır. Həmçinin ölkəmizdə dərman çatışmazlığı da var. Bəzi dərmanlar bizdə, ümumiyyətlə, yoxdur”.
Qeyd edək ki, bu günlərdə “Tamprost” adlı dərman preparatının Türkiyə ilə müqayisədə Azərbaycanda 13 dəfə baha satılması ilə bağlı məlumat yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.