Mahmudovun “çete”si BTRİB-də iş başında: - işçilərin maaşı verilmir

1-06-2016, 21:57           
Mahmudovun “çete”si BTRİB-də iş başında: - işçilərin maaşı verilmir
Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra bəzi yüksək çinli məmurlar da kreslolarını itirməli oldular.

“Təmizləmə əməliyyatı” rabitə sahəsindən də yan keçmədi. Məlum oldu ki, “Mahmudovun çetesi” dövlətin ən strateji obyektlərindən sayılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də çirkin oyunun iştirakçısına çevirib. Cəmiyyətdə yüksək reputasiya qazanmasına baxmayaraq nazir, akademik Əli Abbasova güzəşt olunmadı. Eldar Mahmudovun ardınca Əli Abbasov da nazir postunu itirdi.
Az sonra hüquq-mühafizə orqanları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində araşdırmalar apardılar. Nazirliyin ən iri müəssisələrindən sayılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) aparılan yoxlamalar ciddi qanun pozuntuları, cinayət əməlləri ortaya çıxardı. Bu yoxlamalar BTRİB-in Baş direktoru Beytulla Hüseynovun karyerasını bitirdi. Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov təkcə vəzifədən azad edilməklə canını qurtarmadı, sabiq Baş direktor həbs olundu.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyin olunan nazir Ramin Quluzadə təbii ki, bu sistemdə kadr islahatlarına başladı. Nazir Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə Baş direktor vəzifəsini Rövşən Əliyevə etibar elədi.
Amma deyəsən yeni nazirin kadr islahatları hər yerdə o qədər də uğur qazana bilmir. BTRİB-də çalışanlardan bir qrupunun “Aztodoy.az” saytına verdikləri məlumata görə, bu müəssisədə vəziyyət sabiq Baş direktorun dövründəkindən daha pisdir: “Beytulla Hüseynovun vaxtında 13-cü maaşı, mükafatı vaxtlı-vaxtında alırdıq. İndi isə bunların heç biri yoxdur. Əmək hüquqlarımız kobud surətdə pozulur, şənbə və bayram günləri işə çıxsaq da bu. əməkhaqqında və mükafatda öz təsirini göstərmir. Bizimlə bağlanan əmək müqaviləsində yazılanlara fikir verən yoxdur. Bilmirik hüquqlarımızı necə qoruyaq”.
Rabitəçilər bildiriblər ki, 13-cü maaşlarını və mükafatlarını yaxın günlərdə ala bilməsələr ölkə başçısına şikayət məktubu yazmalı olacaqlar.
Qarşı tərəfin də mövqeyini də dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.