Rusiya Mahaçqaladan Bakıya uçuşların başlanmasına dəstək verəcək

1-02-2023, 10:34           
Rusiya Mahaçqaladan Bakıya uçuşların başlanmasına dəstək verəcək
Mahaçqala ilə Bakı arasında hava əlaqəsinin bərpası Rusiya aviasiya qurumu tərəfindən həm ölkə, həm də Azərbaycanın aviaşirkətləri üçün əlverişli şərtlərlə dəstəklənəcək.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, Mahaçqala hava limanında agentliyin rəhbəri Aleksandr Neradko və Dağıstan rəhbəri Sergey Melikov arasında beynəlxalq daşımaların inkişafı müzakirə edilib.

Sergey Melikov bildirib ki, hazırda yeni hava marşrutlarının açılması imkanları nəzərdən keçirilir. Planda ilk məqamlardan biri Mahaçqala ilə Bakı arasında hava hərəkətinin bərpasıdır. Aleksandr Neradko isə qeyd edib ki, indiki şəraitdə beynəlxalq uçuşların coğrafiyasını genişləndirmək vacibdir və Rusiyanın aviasiya qurumu iki ölkənin aviaşirkətləri üçün qarşılıqlı faydalı şərtlərlə Mahaçqaladan Bakıya uçuşların başlanmasına dəstək verməyə hazırdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru