Evləri plana düşən sakinlər kompensasiya azlığından ŞİKAYƏTLƏNİR - Problemə rəsmi AÇIQLAMA

1-02-2023, 09:58           
Evləri plana düşən sakinlər kompensasiya azlığından ŞİKAYƏTLƏNİR -
Evləri plana düşən sakinlər onlara təklif olunan kompensasiya məbləğinin azlığından şikayətləniblər.

Teref.az bildirir ki, bununla bağlı Bizim.Media-ya Nərimanov rayonunun Mayakovski 15 ünvanında yaşayan 61 mənzil sahibi müraciət edib.

Dediklərinə görə 61 mənzillik yataqxana binası söküləcəyi üçün Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən təcili olaraq evlərinin boşaldılması tələb edilir.

Mənzil sahibləri isə onlara hər kvadratmetrinə görə təklif olunan kompensasiya məbləğinin azlığından gileylənirlər. Narazı sakinlər bu məbləğə həmin ərazidə mənzil ala bilmədiklərinə görə yerində evlə təmin olunmalarını istəyirlər.

Məsələ ilə bağlı Nərminaov Rayon İcra Hakimiyyəti Bizim.Media-nın sorğusunu cavablandırıb:

“Sözügedən yataqxana qəzalıdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması və onların köçürülməsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq kompensasiya ayrılıb”, - deyə qurumdan bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru