`UniBank`ın xalqa qarşı LEO TƏLƏSİ - BUNUN BAŞQA ADI YOXDUR...

2-02-2023, 08:50           
`UniBank`ın xalqa qarşı LEO TƏLƏSİ - BUNUN BAŞQA ADI YOXDUR...
"Şikayətim "Leobank"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" adlı sosial qrupundakı paylaşımında Nicat Qəni-zadə adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "30 dekabrda ABB-yə məxsus kartımdan "Leo"nun tətbiqi ilə pul çəkdim. Pul bir anlıq oturdu, sonra xəta baş verdi, balans artmadı. ABB kartına da qayıtmadı.

ABB ilə əlaqə saxlayıram, deyirlər ki, əməliyyat "Leo"nun tətbiqindən edildiyindən onlar araşdırmalıdırlar. "Leo" isə bir ay ərzində məni fırladıb ki, bayramlar və s olduğundan ayın (yanvarın) sonunadək gözləyin, ola bilsin pul oturacaq ABB kartınıza.

Nə isə, ay bitdi, pul oturmadı. Yenə yazıram "Leo"ya, cavab verirlər ki, 30 gün keçib deyə ümumiyyətlə heç nə edə bilmirik. Adamı rəsmən dolayıblar. İndi qalmışam 2 bankın arasında, pul da havada..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru