Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalır

3-02-2023, 09:34           
Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalır
Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalır: İran rejimi şaxtalı havada çöldə qalan insanlara yardım etmir, yaxud etmək istəmir və Azərbaycanla Türkiyənin yardım etməsinə də imkan vermir;
“Hengaw” insan haqları qrupu “hökumət orqanlarının zəlzələ bölgəsində çətin vəziyyətdə qalmış insanlara kömək edə bilməsi üçün xüsusi planının olmadığını” açıqlayıb, hətta ətraf şəhərlərin əhalisinə yardım etməklə bağlı çağırış edib.
Lakin İran rejiminin Xoydakı azərbaycanlıların yardım çağırışlarına qulaqlarını bilərəkdən bağladığı da istisna deyil.
Ən pis məqam odur ki, İran rejimi özü yardım etmədiyi kimi, azərbaycanlılara yardım edə biləcək iki ölkənin – Azərbaycan və Türkiyənin də bunu etməsinə imkan vermir və qarşıdakı dövrdə də verməyəcəyi bəllidir.
Yayılan məlumatlar və kadrlar isə soydaşlarımızın çətin vəziyyətdə olduğunu göstərir. Onlar indi taleyin ümidinə qalıb.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru