İstirahət və nahar vaxtı üçün əmək haqqı ödənilməlidirmi ?
3-02-2023, 10:04

Son dövrlərdə bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına bu barədə çoxlu sayda şifahi və yazılı müraciətlər edilir: 12 saat növbə üsulu ilə işləyən işçilərin istirahət və nahar fasiləsi qanunla necə tənzimlənir, istirahət və nahar vaxtı üçün əmək haqqı ödənilməlidirmi ? Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən:
1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.
2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.
Azər Quliyev.
Teref.az