“Qiymət artımından “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı

3-02-2023, 10:34           
“Qiymət artımından “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə avtobus və metro nəqliyyatdından 1 milyard 529 milyon 902 min 800 sərnişin istifadə edib. Bunun 1 milyard 321 milyon 206,7 milyonu avtobuslardan, 208 milyon 696,1 min nəfəri isə metrodan istifadə edənlərin payına düşür.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın bildirib.

O xatırladır ki, DSK 2022-ci ildə Bakı şəhərində nə qədər sərnişinin avtobus və metro nəqliyyatdından istifadə etdiyi hələ açıqlamayıb: “Amma, əvvəlki illərə baxanda açıq görülür ki, ümumi sərnişinlərin ən azı 50%-i Bakının payına düşür. Məsələn, pandemiyadan əvvəlki 2019-cu ildə sərnişinlərin ümumi sayı 1,9 milyard olub və bunun 50%-i - 990 milyonu Bakının payına düşüb”.

İqtisadçının sözlərinə görə, minimum gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq, Bakıda sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat edib: “Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” adlı şirkətin hesabına gedib. İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olandan sonra “K Group” MMC əlavə olaraq təxminən 3-4 milyon manat qazanacaq. Sözügedən MMC isə Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimliyə bağlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru