Bakının bu ünvanında evlər söküləcək - Sakinlərə 10 gün vaxt verilib

3-02-2023, 11:13           
Bakının bu ünvanında evlər söküləcək - Sakinlərə 10 gün vaxt verilib
Bakının Nəsimi rayonu ərazisində fərdi evlər sökülərək yerində hündürmərtəbəli binalar inşa olunacaq.

Söhbət İlqar İsmayılov küçəsindəki bir və iki mərtəbəli fərdi evlərdən gedir.

Belə ki, sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Tikini işini aparacaq şirkət rəsmiləri sakinlərə kirayə ev tapmaq üçün 10 gün vaxt verib.

Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.

Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru