Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçilərinə baş həkimin dəyişməsi yox onlara çatası pulun ödənilməsi lazımdır

4-02-2023, 09:14           
Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçilərinə baş həkimin dəyişməsi yox onlara çatası pulun ödənilməsi lazımdır
Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçiləri onların şikayət məktubuna keçmiş Baş həkim Xeyrənsə Babayeva və onun indiki xələfi Leyla Əsgərovanın müqayisəsini qatmağımıza etiraz edirlər.
Yayımladığımız məktubu imzlayan tibb işçilərinin bildirdiklərinə görə, hər iki baş həkimdən narazıdırlar və onların heç biri kollektivin problemlərini əlaqədar qurumlar qarşısında qaldırmayıb. Müqayisəyə gələndə isə yeni Baş həkim sələfindən daha mülayimliyi ilə seçilir.
Tibb işçilərinin tələbi xəstəxana rəhbərliyinin dəyişdirilməsi deyil, sadəcə onlara 36 ay boyunca ödənməyən əlavə vəsaitdir. Belə ki, Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, tibb işçilərinə hər ay maaşlarının 5 misli əlavə ödəniş verilməli idi. Naxçıvanın Səhiyyə Nazirliyi isə “bizim Prezidentimiz İlham Əliyev yox, Vasif Talıbovdur və cənab “xan”ın bu barədə hər hansı Sərəncamı yoxdur” deyib əlavə ödənişi həzmi rabedən keçirib. Şikayətçilər cəmi 3 ay bu ödənişin cüzi bir qismini ala biliblər.
Heydər Oğuyz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru