Şadlıq sarayları qiymətləri artırdı (VİDEO)

4-02-2023, 10:23           
Şadlıq sarayları qiymətləri artırdı (VİDEO)
Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.

Teref.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu elə restoran inzibatçıları da təsdiqləyir.
Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.
İnzibatçıların sözlərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.
Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.
Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.
Daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru