Ceyhun Bayramov Tehranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

5-02-2023, 19:19           
Ceyhun Bayramov Tehranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib
Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib.

"Bu gün xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2023-cü il tarixində İrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb", - paylaşımda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru