"Neptun" da fırıldaqçılar şəbəkəsinə qoşuldu... - "İnsanları saxta endirimlə marketə cəlb edirlər"
6-02-2023, 17:06
"Şikayətim "Neptun" marketin saxtakarlığındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəhman Abbaszadə adlı istifadəçi giley dir.
Daha sonra narazı vətəndaş yazır: "İnsanları saxta endirim adı ilə marketə cəlb edirlər, lakin məhsul endirimdəki qiymətə satılmır. Hər iki şəkil indiyə aiddir, instagramda Milla süd 2.5% qiyməti 1.35ə enibmiş kimi reklam edilib, lakin marketdə 2 manata satılır".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...