BU FAKTDIR: Naxçıvanda problemi yalnız mətbuat yazırsa, həll edirlər... - Fuad müəllim də köhnə üsulla gedir...

7-02-2023, 12:05           
BU FAKTDIR: Naxçıvanda problemi yalnız mətbuat yazırsa, həll edirlər... - Fuad müəllim də köhnə üsulla gedir...
Naxçıvan şəhərindəki Qoçüstü məhəlləsinin sakinləri istilik sistemlərinin sıradan çıxması ilə bağlı ötən cümə "Gündəlik Naxçıvan"a müraciət ünvanlamışdı. Məsələ ictimailəşdikdən sonra, məhəllədəki binalara istiliyin verilməsi bərpa olunub. Bu haqda redaksiyamıza məhəllə sakinlərinin özləri məlumat verib. Onlar deyir ki, binalara artıq normal istilik verilir:
“Bir aydan çoxdur ki, istiliksiz qalmışdıq, soyuqda donurduq. Məlumat ictimailəşdikdən dərhal sonra əl-ayağa düşdülər. Tökülüb qazanxanaya gəldilər. Həmin gün axşam isə normal qaydada əhali istiliklə təmin olundu. Halbuki, bizə qazanın deşildiyini, yaza qədər təmirin mümkün olmayacağını bildirirdilər. Ancaq,orada 10 qazan var. Əgər birində problem varsa, digərlərini işlədə bilərdilər. Əsas odur ki, probleminiz həll olundu".
Məhəllə sakinləri bildirirdi ki, problemlə bağlı dəfələrlə Ali Məclis də daxil olmaqla, aidiyyatı qurumlara müraciət etsələr də nəticəsi olmamışdı. //"Gündəlik Naxçıvan"//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru