Əbülfəz Qarayev Neftçala mədəniyyətini kimə tapşırıb? – FOTOLAR
3-06-2016, 02:51
Elmira Kazımova: “Gültəkin Sadıqova mənim arxam və dayağımdır”
Turizm və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən rayon şöbələrinin nəzdindəki məkanların bərbad olması zaman-zaman müzakirə mövzularındandır.
Mədəniyyyət saraylarında qoyunların dincəlməsi, it-pişiklərin “qonaqlıq verməsi” və s. kimi halları təsdiqləyən foto-video faktlar dəfələrlə göstərilib.
Bütün bunlara baxmayaraq, hər kəs öz ampulasında, hər kəs öz alış-verişindədir. Hətta nazir Əbülfəz Qarayev belə nə desə, fakt öz sözünü deyir. Reallıq ortadadır.
teref.az xəbər verir ki, Qaynarinfo.az-a Neftçala rayonundan daxil olan faktlar və şəkillər sadalananları bir daha subut edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin Neftçala rayon şöbəsinə müvəqqəti müdir əvəzi kimi təyin edilən Elmira Kazımova bu şöbəni çapmaq-talayıb kimi bir vəzifəni öz qarşısına məqsəd qoyub. Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılmış yoxlamalarla şöbənin işində xeyli qüsur və nöqsanlar aşkar edilməsinə baxmayaraq, Elmira Kazımova hələ də öz işindədir.
Üstəlik bildirir ki, “nə qədər nazirlikdə yüksək vəzifə sahibi olan Mərdan adlı şəxs varsa, mənə zaval yoxdur, üstəlik rayon icra başçısının müavini Gültəkin Sadıqova da mənim arxam və dayağımdır”.
Bəs kimdir Gültəin Sadıqova? Birinci müavin postuna necə sahib olub? Onu kim qoruyur? Bu barədə əldə etdiyimiz məlumatları yaxın günlərdə təqdim edəcəyik.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, şöbənin tabeçiliyində olan Uşaq İncəsənət və Musiqi Məktəbindəki müəllimlərin əmək haqqları “fond pulu”, “təmir pulu”, “bayram pulu” və s. adlar altında talan edilərək Elmira xanımın cibinə axıdılır. Etiraz edənlərə isə bildirilir ki, bu pullar icra başçısının müavininin birbaşa göstərişi əsasında yığılır və bunun arxasında şəxsən o, özü dayanır.
Rayon mədəniyyət şöbəsinin tabeçiliyində adı olub özü olmayan Tarix Diyarşünaslıq Muzeyi var ki, onun Rövşən Həsənov adlı gözə görünməz rəhbəri var. Onun da tabeçiliyində işçilərin əmək haqqlarının 50 %-i Elmira xanımın cibinə yönəldilir. Ümumiyyətlə, Elmira Kazımova barəsində çox danışıb yazmaq olar. İöbədəki “ölü canlardan” şöbəyə ayrılan inventar və avadanlıqların satışından əldə olunan “mənfəət” və sairdən danışmırıq. Mənbə bildirir ki, Rayon mədəniyyət şöbəsinin müdir əvəzi Elmira Kazımovanın fəaliyyəti ciddi araşdırılarsa, onu həbs gözləyir.
Elmira xanımın əyləşdiyi rayon Mədəniyyət və Turizm idarəsinin arxa hissəsinin fotogörünüsünü oxuculara və mədəniyyət və turizm naziri Əbulfəz Qarayevə göstərək ki, rayonda mədəniyyətin hansı səviyyədə olduğunu görsün. Görsün ki, onun rayon mədəniyyətini etibar etdiyi adam hansı əməl sahibidir.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az