Neftçala: 2.5 milyonun korrupsiya gizlinləri - FOTOLAR
3-06-2016, 19:00
Kür çayının məcrasını dəyişməsi halları son illər daha qabarıq şəkildə görünməkdədir. Gah Kür çayının daşıb kəndləri su altında qoyması,gah da quruyub sakinlərin suya olan təlabatının ödənilməsində yaranan problemlərin şahidi oluruq.Neftçala rayonu Aşağı Qaramanlı kənd sakinləri hazırda susuzluqdan əziyyət çəkir.
Kür çayının məcrasından düşməsi nəticəsində həyətyanı və əkin sahələrinin suvarılmasında problem yaşanmaqdadır.Xatırladaq ki,Kür çayı Aşağı Qaramanlı kəndində iki hissəyə ayrılır və bu kənddə ada yaranmışdır.Sakinlərin bildirdiyinə görə bu gün qurumaq təhlüküəsi olan Kür çayının qolu Kolxoz vaxtı Neftçala-Salyan magistral yoluna qədər qalxmışdı və bu səbəbdən ikinci qolu çəkilib.Bu dəfə isə vəziyyət fərqlidir.Sonradan çəkilən Kürün qolunda su axarlı və dərinliyi təxmini 10-12 metr təşkil edir.Əsas qolda isə fotolardanda göründüyü kimi nəinki dərinlik digər qoldakı kimi deyil,fonton qurğularının işləməsinə yararlı qədər su yoxdur.
Sakinlərin də bildirdiyi kimi uzun illlərdir ki,gah daşqından,gah da susuzluqdan əziyyət çəkilir.Hansı ki,Kür çayının iki hissəyə ayrılıb bir qoluna çox,digərinə su gəlməyən hissəsində elə iş görmək olardı ki,bu qədər sakinin haqqlı narazılığın bir dəfəlik həll etmək olardı.Müşahidələrimizdən gördük ki,Kürün qollarının ayrılan hissəsində ikinci,sonradan çəkilən qola iki metrlik beton ya da bu kimi vasitələrlə qarşısın almaqla,kəndin içməli suya olan təlabatın yerinə yetirmək olardı.Bir saatlıq müşahidəmizlə uzun illərin problemin həlli yolu tapa biliriksə,maraqlıdır bu sahədə mütəxəsislər,hər günü bu sahədə ,bu problemlə olan adiyyatı orqanlar niyə bu yola əl atmırlar.
Sakinlərində bildirdiyi kimi uzun illlərdir ki,gah daşqından,gah da susuzluqdan əziyyət çəkilir.Hansı ki,Kür çayının iki hissəyə ayrılıb bir qoluna çox,digərinə su gəlməyən hissəsində elə iş görmək olardı ki,bu qədər sakinin haqqlı narazılığın bir dəfəlik həll etmək olardı.Müşahidələrimizdən gördük ki,Kürün qollarının ayrılan hissəsində ikinci,sonradan çəkilən qola iki metrlik beton ya da bu kimi vasitələrlə qarşısın almaqla,kəndin içməli suya olan təlabatın yerinə yetirmək olardı.Bir saatlıq müşahidəmizlə uzun illərin problemin həlli yolu tapa biliriksə,maraqlıdır bu sahədə mütəxəsislər,hər günü bu sahədə ,bu problemlə olan adiyyatı orqanlar niyə bu yola əl atmırlar.
Görünən odur ki,hər iki aydan bir qazıntı işləri aparmaqda maraqlı dairələr var.Nəzərə alsaq ki,hər qazıntı aparılarkən azından iki həftə iri texnikalar,işçi qüvvəsi,işlədilən yanacaq dövlət hesabından gedir.Qurumaq təhlükəsi olan Kür çayının qolu bir neçə il öncə fonton qurğusundan sonrakı hissəsinə su getməsin deyə qarşısı torpaq bəndlə alınıb.Bu da qalan ərazidə suyun iylənməsi,həşaratların kənd sakinləri narahat etməsidə problemlərdəndir.
Kürün qurumaq təhlükəsində olan qolunun quruması yol verilməzdir.Burada şahidi olduğumuz mənzərədən çıxardığımız nəticə isə,bu ərazilərə müəyyən qədər sərmayə yatırılmış olsa ,turizm üçün əlverişli məkandır.Kür çayının əhatə etdiyi adada çox nadir ağaclara rast gəldik.Qırmızı kitaba düşmüş yulğun ağacı burada demək olar ki,meşə halındadır.
Cürbəcür ölçüdə olan ağaclar,qayalar,Kür çayının sahili,Neftçala -Salyan magistral yolunun yaxınlı və s. bu kimi amilləri nəzərə alıb burada turizm üçün əlverişli yer olduğu qədər bu layihəni hazırlayıb işlənəcəyi halda Aşağı Qaramanlı kəndində yaşanan işsizliyin böyük bir qismin aradan qaldırmaq olar.Kənd sakini Hacı Xalidin bizə təqdim etdiyi layihədən göründüyü kimi adada quşçuluq,heyvandarlıq , balıq dammaları ,meyvə bağları salmaq mümkündür.
Uzun illərdir Kür çayında yaşanan problemlər səbəbindən 2010-cü ildə Mənbəyi Kür çayından götürmək şərtilə Qədimkənd kəndindən iki km-lik boru çəkilməsinə başlanılıb.Tikintisi Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan Fanton qurğusunda hələdə təmir bərpa işləri aparılır.Köhnə fanton qurğusunda suyun səviyyəsinə uyğun olaraq gah fanton qurğularının suyun altında qalması,gah da suyun az olması səbəbindən çalışmayan fanton həyətyanı sahələrə və əkin yerlərinə ziyan vuduğu üçün dövlət büdcəsindən 2.5 milyon manat dəyərində hesablanan yeni fanton qurğusunun bu günə kimi istifadəyə verilməməsində uluyol.info olaraq maraqlı məqamları üzə çıxardıq.Beləki,Fanton qurğularının tikintisi zamanı istifadə olunacaq boruların təzə adı ilə köhnə borulardan istifadə olunması,buda diametri 110 sm olan iki km-lik borunun təzə ilə köhnə arasında olan pul fərqin hesablamaq oxucuların öhdəsinə buraxırıq.
Bundan əlavə çəkilən borular bəndlə Kür çayı arasında çəkilib , bu da gələcəkdə Kürün daşması hallarında,bir neçə il öncə bu hal hər il təkrar olaraq baş verib,belə olduğu halda su altında qalacaq boruların vəziyyəti aydındır.Dövlət layihəni təsdiq edərkən yəqin ki,bu amili nəzərə alıb və gələcəkdə daşqın nəticəsində aşmaq təhlükəsin minimuma endirmək üçün boruların altındakı sütunların möhkəm olmasın nəzərə alınması labüd idi.Amma burada istifadəyə verilmədən boruların altındakı sütunlar üçüncü dəfədir ki,təmir olunur.Beton konstruksiya ilə bərkidilməsi nəzərdə tutulan boruları adi hörgü daşı ilə olması və beton olunması üçün ayrılan vəsaitin havaya sovrulması nəticəsidir ki,artıq 3-cü dəfə təmir olunur.Bu dəfə təmir üçün beton piltələr gətirilib ki,fotolardan göründüyü kimi beton piltələr yenədə hörgü daşlarının üzərinə qoyulacaq.Hansı ki,bu beton piltələr torpaq üzərindən qoyulması daha məqsədə uyğun olardı.
Bundan əlavə istifadə olanan köhnə boruları rəngləməklə təzə formasına çalışsalar da ,gün şüası nəticəsində əvvəlki formasına qayıdan boruların qaynaq olduğu yerlərin biri digərindən ayrılmış,sütunların çökməsi nəticəsində altı boş qalan borular əyildiyinin şahidi olduq.Təxminən 8-10 yerdə borular birbirindən ayrılıb.Uluyol.info olaraq Aşağı Qaramanlıdan elə boruların yanı ilə yolandıq mənbəyə-Qədimkənd kəndinə.Burada Kür çayından 4 ədəd boru vasitəsilə fanton binasında yerləşən depoya su vurulmalı ,burdanda yüksək təzyiqlə iki km-lik borularla köhnə fanton qurğularının kanalına axıdılmalıdır.
Fanton qurğusunun mənbəyində yerləşən 4 borunun isə hazırda Kürün məcrasının aşağı düşməsi nəticəsində su götürə bilməməsi açıq görünməkdədir. Hərçənd 3 il öncə açılışı olunmalı Fanton qurğusunun təkcə problemi boruları,sütünları deyilmiş.Fanton qurğusunu işə salmaq üçün elektrik cərəyanı lazımdır.Burda şahidi olduğumuz transformator quraşdırılsada naqillər yerlə bir idi.Mənbəyində yerə düşən naqillərin Aşağı Qaramanlıda da şahidi olmuşduq.Elektrik dirəkləri quraşdırılsada elektrik tam verilməyib.
P.S.Azərbaycanımızın büdcəsi nə qədər çox olsa ,bir o qədər güclü və problemsiz ölkə olarıq.Dövlət büdcəsini vətəndaşın vergisi və sərvətlərimiz hesabına əmələ gəlir.Əgər dövlət büdcəmiz belə talanacaqsa,deməli nə gücdən ,nə də problemsiz ölkədən danışa bilmərik.Uluyol.info olaraq məsələnin nə yerdə olması ilə bağlı araşdırmamızı apardıq.Nəticə çıxarmağı oxucularımızın və adiyyatı orqanların öhdəsinə buraxırıq.