“Sovetski“ də daha bir tarixi bina təhlükədə - “Tariximizi silmək istəyirlər“

4-06-2016, 19:23           
“Sovetski“ də daha bir tarixi bina təhlükədə - “Tariximizi silmək istəyirlər“
“Sovetski”də, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarixi əhəmiyyətli olan arxitektur bina ona bitişik evlər ağır texnika ilə sökülür.

Söküntü zamanı binanın su xətləri sıradan çıxıb, mənzillərin içərisinə su dolub, divarlar çatlayıb.

Söküntünün pərakəndə şəkildə aparılması binada yaşayan sakinləri də təhlükəyə atır. Bina sakinlərinin təhlükəsizliyi təmin edilmədən söküntü aparılır. Bu səbəbdən də,vətəndaşlar binanı tərk etməli olublar.

Tarixi əhəmiyyətli binada iki ailə yaşayır. Mənzil sahibi Faiq Əliyev deyir ki, söküntünün təhlükəli həddə çatdırılmasında məqsəd onları məcburi şəkildə evlərini tərk etməyə vadar etməkdir: “ Binamıza bitişik olan boş evlərdə söküntünü elə ağır şəkildə aparırlar ki, bizim mənzillərə də ziyan dəyir. Bu gün də, ağır texnika ilə evləri uçururlar. Yaşadığım dövlət əhəmiyyətli, arxitektur bina qəzalı vəziyyətə düşüb. Bunu qəsdən edirlər ki, sonradan binamızın dayanaqsız olduğunu əsas gətirib, sökə bilsinlər”.

Şikayətçinin sözlərinə görə, icra başçısı ona məsələni mətbuata çıxardığı üçün hədə-qorxu gəlib: “ Dəfələrlə icra başçısı ilə mübahisəmiz düşüb. Kompensasiya verməmək üçün gah suyu, gah da işığı kəsiblər. İndi də, binanın ətrafını viran qoyub, bizi didərgin salmaq istəyirlər. Tarixi-memarlıq dövlət əhəmiyyətli binanı uçurmaq, tariximizi silmək istəyirlər. Mənə qarşı edilən bu cür haqsızlıqlar barəsində isə mətbuata danışıram. Məhz bu səbəbdən də, məni qınayırlar və qərəzli davranırlar.

Xatırladaq ki, sözügedən bina 1909-cu ildə tikilib və Nazirlər Kabinetinin tarixi-memarlıq abidələri siyahısındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.