“Siyahıda Omonçular, cəbhəçilər, Nardaran məhbusları var, çoxunu buraxacaqlar” - GÖZLƏNTİ

23-02-2023, 11:27           
“Siyahıda Omonçular, cəbhəçilər, Nardaran məhbusları var, çoxunu buraxacaqlar” - GÖZLƏNTİ
Bu il Novruz bayramı ərəfəsində ənənəvi olaraq əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, bu vaxta qədər 100-dən çox müraciətə baxılıb.

Teref.az-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu Abzas Media-ya bildirib ki, Əfv Məsələləri Komissiyasına jurnalistlər, bloqerlər, siyasi fəallar daxil olmaqla ümumilikdə 23 nəfərin adını təqdim ediblər.

O əlavə edib ki, həbs müddətinin bitməsinə az qalmış və xəstəliyi olan şəxslərlə bağlı da müraciət edilib və baxılır:
“Yəqin ki, jurnalistləri, bloqerləri azad edəcəklər. OMON-çuların, Nardaran hadisələri ilə bağlı həbs edilənlərin, cəbhəçilərin də adını siyahıya yazıb vermişik, çoxunu buraxacaqlar. Hesab edirik ki, Heydər Əliyevin yüzilliyində hamısının buraxılması yaxşı bir addım olardı. Biz komissiya üzvlərilə danışıb xahiş etmişik ki, indi bu dəqiqə Azərbaycan üçün çətindir, hamısı buraxılsın, Amerika, Avropa bizə irad tutmasınlar” - deyə Novella Cəfəroğlu bildirib.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə Abzas Media-ya bildirib ki, həm qanunvericiliyin tələblərinə, həm də etik məsələlərə görə müraciətlərə konfidensial şəkildə baxılır. O, əfv sərəncamının gözlənildiyini, amma dəqiq vaxtla bağlı bir söz deyə bilməyəcəyini bildirib.

Sonuncu əfv sərəncamı 2022-ci il, mayın 27-də imzalanıb. Sərəncam ümumilikdə 213 nəfərə şamil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru