Kirayə pulunu verə bilmədi, azyaşlı qızı ilə küçədə qaldı - VİDEO

23-02-2023, 13:04           
Kirayə pulunu verə bilmədi, azyaşlı qızı ilə küçədə qaldı - VİDEO
Bakıda kirayə pulunu verə bilməyən qadın küçədə qalıb.

Baku TV xəbər verir ki, azyaşlı uşaqla küçədə oturan qadının qalmağa yeri yoxdur.

Qadın bildirib ki, əməliyyat olunduğu üçün işləyə bilmir. Səkkiz yaşlı qızı ilə küçədə oturan qadın deyib ki, tanışının işdən gəlməsini gözləyir.

Baku TV əməkdaşları qadına sığınacaqda qalmağı təklif etsələr də, o buna razı olmayıb. Sonda tanışının evində gecələyəcəyini bildirən qadın evinin kirayəsinin ödənilməsi üçün kömək istəyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru