MEDİA qanunsuz evlərə də "kupça" versin ....
23-02-2023, 15:56

Məşhur jurnalist Razi Abasbəyli MEDİA-nın bəzi anlaşılmayan tələbləri ilə bağlı status paylaşıb. Teref.az olaraq statusu təqdim edirik:
"Deməli bir vətəndaş Bakıda özünə torpaq alıb ev tikib. 30 ildir o evdə ailəsi ilə yaşayır. Amma mənzilinə sənəd ala bilməyib deyə qeydiyyata düşə bilmir. Bir gün polis qapısını döyür bütün ailəsini 30 manatdan cərimə edir. Burada qanun polisin tərəfindədir. İndi də qanunu elə hala salıblar ki, 10, 20, 30 il jurnalist işləyənlər jurnlasit olduğunu sübut etməlidir. İndi o qanunsuz mənzildə yaşayan vətəndaş heç olmasa illər uzunu ödədiyi kommunal ödənişlərin çekini təqdim edib orada yaşadığını isbat edə bilər.
Bizim zavallı 90-ların jurnlaistləri son 1-2 ilə qədər nə əmək müqaviləsi, nə "Əmək kitabçası" görüblər...
İndi MEDİA-ya jurnalist olduğunu necə sübut etmək olar? O məşhur lətifədə deyildiyi kimi bədən üzvlərindən birini göstərməklə.
Ya da elə MEDİA reyesterini daşınmaz əmlak reyesterinə inteqrasiya etsinlər birdəfəlik qanunsuz evlərə də sənəd ala bilsin jurnalistlər. Məsələn belə etsinlər, jurnalist Bakıda ən azı 1 il kommunal ödənişlər etdiyinə dair çekləri təqdim etsin. "