Sabirabadda orta məktəbi SKOÇLA TƏMİR EDİBLƏR... - BU NƏDİ BELƏ?

23-02-2023, 16:19           
 Sabirabadda orta məktəbi SKOÇLA TƏMİR EDİBLƏR... - BU NƏDİ BELƏ?
Sabirabad rayon Axısxa kənd tam orta məktəbinin dağılan divarları "skoçla" təmir olunub. Məktəb binası artıq tamamilə dağılmaq üzrədir.

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, valideynlər bildirir ki, divarlar artıq tamamilə aralandığı üçün bir gün şagirdlər dərsdə olanda onların betonların altında qalmasından qorxurlar.

Onların sözlərinə görə, məktəbdə həmçinin istilik sistemi olmadığı üçün valideynlər öz imkanları ilə odun peçi quraşdırıblar.

Qeyd edək ki, məsələ ilə bağlı Sabirabad rayon icra hakimiyyətinə müraciət edilsə də, dövlət qurumu müraciətə illərdir baxmaqdan boyun qaçırır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru