Bu gördüyünüz ailə Somali qaçqını deyil - Göyçay sakinidir
7-06-2016, 11:27
Göyçay rayonu Natəvan küçəsi ev 8 də yaşayan Məcidova Lamiyə Tarxan qızı redaksiyamıza hazırki durumu ilə əlaqədar müraciət ünvanlayıb. Vətəndaş TEREF.İNFO-YA yazır:
"Fotoşəkillərə baxın, bu, Somalidə acınacaqlı vəziyyətdə yaşayan insanlar deyil. Bu Göyçay rayonunda yoxsulluq, dilənçilik vəziyyətindən də aşağı vəziyyətdə yaşayan azərbaycanlı ailəsidir.5 azyaşlı uşaqla bu gördüyünüz üstü aşıq döşəməsi olamayan hasarın içində yaşayırıq".
Daha sonra TEREF.İNFO-YAdaxil olan müraciətdə qeyd olunur: "Bir neçə vaxtdır intensiv yağan yağış artıq ailəlikcə bizi xəstəliyə düçar edib.Müayinə olunsaq bəlkədə vərəm xəstəliyinə düçar olmuşuq.Böyük uşağımızın 10 , kiçiyin isə 1 yaşı olmaqla 5 uşağımız var.Ailədə heç kəs işləmir.Həyat yoldaşım iş olanda fəhləlik edir.Ancaq elə olur ki, aylarla iş olmur.Uşaqlarımızın 3 məktəbli olsada paltarları olmadığı üçün dərsə getmirlər.Həm də yeriməklərə taqətləri yoxdur.Günlərlə quruca çörək almağa imkanımız olmur deyə ac qalırıq.Heç bir yandan köməyimiz yoxdur.Evimizdə televizorumuz belə yoxdur.İşığımız, qazımız və suyumuz yoxdur. İşığımız olmayan hasarın içində içi tamamilə boş bir soyuducumuz var. Bu yaşamaq yox zülm çəkməkdir.Bəlkədə Azərbaycan Respublikasında acınacaqlı vəziyyətdə yaşayan ikinci blə bir ailə yoxdur.Dəfələrlə qəbullarda olsaqda yalan vədlər verilmiş amma əməl edilməmişdir.Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm bizə kömək edin imkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar.Siz humanist, mərhəmətli və ədalətli insansınız .Mehriban xanım ümüdümüz Allaha və sizədir .
Qohumumun əlaqə telefonu; 050 506-09-08 (Nailə)"