Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO

9-03-2023, 07:52           
Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO
Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil.

İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir.

Onun sözlərinə görə, artıq kənd camaatına heyvan saxlamaq sərf etmir və bu səbəbdən qiymət artımı baş verib.

Görünür, fermerlər heyvanların sayını artırmaqda maraqlı deyillər.

“Əvvəl 10 baş heyvan saxlayırdıq, indi 2-3 heyvanı saxlamaqda çətinlik çəkirik. Çünki həm şərait yoxdur, həm də yem bahadır”, – deyə fermer Hikmət Səfərəliyev qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru