Tədbirlərdə İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin, qazilərinin ailələrini önə çəkərək, o biriləri yaddan çıxarırlar?

9-03-2023, 09:40           
Tədbirlərdə İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin, qazilərinin ailələrini önə çəkərək, o biriləri yaddan çıxarırlar?
Dünən səbrimi basıb sona qədər gözlədim.
Bəlkə də dediklərimi çoxu ya anlamayacaq, ya da dərindən anlamayacaq.
Ancaq məcburam ki, açıq sual verim:
- İcra başçıları hökümət tədbirlərində ancaq İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin, qazilərinin ailələrini önə çəkərək, bir edib beş reklamlar edəndə, Birinci Qarabağ müharibəsindəki iştirakçıları, şəhidləri, qaziləri vecə almamaq və bunu açıq büruzə verməklə nə demək istəyirlər görəsən?
Bu rəzillik bütün ölkə boyu baş verdiyi üçün, bunun bir siyasi tapşırıq olması qənaəti doğur.
Halbuki Xaçmazda yada düşməyən, Birinci Qarabağ müharibəsində 226 şəhidimiz var. 50 şəhid də Ikincidə vermişik.
Hardan baxsaq, 276 nəfərin ailəsindən, ancaq gözümüz həmişə eyni adamları - 5-10 nəfəri görür.
Bu mənzərədən utanan yoxdurmu?
Şəxsən mənə ağır gəlir.
Onda biz də könüllərini almaq üçün Birinciləri təbrik edək? Belə parçalanma kimin xəbis planıdır?
Ədalətli olun da...
Birinə hər şey, çoxuna heç nə məntiqi ilə ölkəni bərbad günə qoyduğunuzun fərqində deyilsiz?
Bütün ölkə boyu Birinci müharibə iştirakçılarını, onların yadigarlarını belə pərt etmək kimin sifarişidir?
Və bu gedişlə hansı nəticəni əldə etmək istəyirsiz?
Cəmil Məmmədli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru