Sabirabadda ekoloji terror DAVAM EDİR - Daha bir MÜRACİƏT

9-03-2023, 10:31           
Sabirabadda ekoloji terror DAVAM EDİR -
Bir neçə gün əvvəl Sabirabad rayonunun Qardaş kənd ərazisində ekoloji terrorun yaşanması barədə məlumat vermişdik.

YAZI BURADA: Sabirabadda EKOLOJİ TERROR - GİLEY

Amma görünəni odur ki, aidiyyatı qurumlar hələ də gərəkın reaksiyanı verməyiblər. DİA.AZ-a sözügedən rayondan verilən informasiyalardan aydın olur ki, hələ də eyni mənzərə yaşanmaqdadır.

Bu arada daha bir şikayət də paylaşılıb və yeni açıqlanan faktda da söhbət qanunsuz balıq ovlanmasından, Sabirabadda yaşanan növbəti EKOLOJİ TERRORDAN gedir.




"Sabirabadda baş kollektorlarda, yəni şor sularda balıqları gecə vaxtlarında torla, "ventir"lə və digər avadanlıqla qırırlar". DİA.AZ bildirir ki, bu barədə paylaşımında Sabirabaddan olan fəal Cavid Əliyev bildirib.

"Bu problemlə bağlı adiyati qurumlara müraciətlər olunur ki, bu işlər baxsınlar" deyə vurğulayan gənc fəal hələ də məsələnin rəsmi qurumlar tərəfindən qulaqardına vurulmasından da giley edir.

Məsələ diqqətimizdədir. Aidiyyatı qurum və şəxsləri teref.az olaraq dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru