Ramiz Mehdiyevin qohumu bu vəzifə üçün HƏRƏKƏTƏ KEÇDİ... - İLGİNC İDDİA

9-03-2023, 17:23           
Ramiz Mehdiyevin qohumu bu vəzifə üçün HƏRƏKƏTƏ KEÇDİ... - İLGİNC İDDİA
Son günlər hal-hazırda Ali Məhkəmənin sədri olan Ramiz Rzayev ilə bağlı, müxtəlif media orqanlarında onun vəzifəsi ilə vidalaşması haqqında məlumatlar dolaşır.
Qısa məlumat üçün qeyd edək ki, Azərbaycanda Ali Məhkəmənin sədri cənab Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur.

Ramiz Rzayevin təyin olunmuş 5 illik müddətinin başa çatması bəzilərində, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevdə də Ali Məhkəmənin sədri olması üçün maraq yaradıb.

Tofiq Paşayev daha uzağa gedərək, Prezidentin sərəncamı olmadan, dostları arasında özünü Ali Məhkəmənin sədri elan edib, hətta özü üçün yeni şəxsi vizit kartı da düzəltdirib. Tofiq Paşayev hüquqşünas olsa da bilməlidir ki, Ali Məhkəmənin sədri olmaq onun istəyindən, Vasif Talıbovun və ya Ramiz Mehdiyevin qohumu olmaqdan asılı deyil, möhtərəm Prezidentin etimadından asılıdır. //gundelik-baku.com//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru