Bakının NƏQLİYYAT DƏRDİ... - Düzələnə OXŞAMIR...

10-03-2023, 00:01           
Bakının NƏQLİYYAT DƏRDİ... -
"Nəqliyyat probleminin kökü çox dərindədir. 2000-ci illərdən qalan problemlər 20 ildir üst-üstə yığılıb. Həlli istiqamətdə atılan addımlar da köklü dəyişikliklər deyil. Səthi addımların da effekti olmur".
TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı ölkədə nəqliyyat sahəsində yaranan problemlərdən danışarkən deyib.

O bildirib ki, indi aktual olan layihə bir neçə ildən sonra əhəmiyyətini itirir:

"Dünya təcrübəsinə əsasən, dövlət böyük vəsait xərcləyir, lakin bir dəfəlik edir. Hazırda dövlətimizin əsas diqqəti pandemiyadan sonra zərər görən sahələrin dirçəlməsi, işğaldan azad olunan ərazilərin bərpasıdır. Dövlətimiz güclüdür. Yəni, ictimai nəqliyyat problemini həll etməyə imkanı çatır.

Özü həll yolunu bilmirsə, sahibkarlara müəyyən güzəştlər etməklə və yaxud dəstək göstərməklə problemin həllinə nail olmaq mümkündür.

Avtobusların sayı kifayət qədər deyil. Bakı şəhəri üçün 2500-2600 avtobus nəzərdə tutulur. Gündəlik 1500-ə yaxın avtobus xəttə çıxır. Belə halda problemlər həllini tapa bilməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru