Yaxın10 ildə Tofiq Həsənovu Penitensiar Xidmətin rəisi Cehyun Həsənov islah etməlidir
10-03-2023, 15:48

Naxçıvan Penitensiar Xidmətinin rəisi Tofiq Həsənovu DTX fevralda saxlayıb Bakıya gətirmişdi. İlkin dindirmədən sonra onu sərbəst buraxmışdılar. Amma sonrada Tofiq Həsənov yenidən Bakıya çağırıldı və martın 3-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərini aşma, yeyinti daxil bir neçə ittihamla həbs edildi. Perspektivdə etdiklərinə görə, qarşıdakı 10 ildə onu Penitensiar Xidmətin rəisi Cehyun Həsənov islah etməlidir. Düzdür, bu bir az çətin işdir. Tofiq Həsənov uzun illər Vasif Talıbovun şəxsi dəyənəyi olub, Vasifə qarşı çıxanlara işgə@ncə verib. Çox da amansız olub. Belə birinin 50 yaşında islah edilməsilə dövlət Cehyun Həsənovun general çiyinlərinə çox ağır yük qoyacaq. O, bu işi başarmasa da Tofiq Həsənovu Şərq ölkələrində tanınmış kriminal avtoritet edə bilər. Bunun üçün Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hər cür texniki xidməti, kadr bazası, beynəlxalq əlaqələri var. Tofiq Həsənov cəzaçəkmə müəssisəsinə köçürüləndə seçim də edə bilər - puluna minnət. Hüseyniyuna qoşulmaq istəyir, Fatimiyuna, ya ürəyindən başqa qruplaşma keçir…? Ceyhun Həsənov əngin təcrübəsilə ona seçimdə yardım edər.
Teref.az yazır ki, bunu məşhur jurnalist, Prima tv-nin baş redaktoru Aygün Muradxanlı yazır. Daha sonra Aygün xanım yazdıqlarını şərh edərək deyir:
Azərbaycanda cəzaçəkmə müəssisələri sözün əsl mənasında başlı-başına buraxılıb. Təkrar cinayətkarlıq 65-70 faizə yüksəlib. Yaxın coğrafiyada, əsas da Türkiyədə, İranda, Suriyafa törədilən cinayətlərin motivinə, statistikasına baxsaq Azərbaycan vətəndaşlarının, özəlliklə keçmiş məhbusların sayının kəskin artdığını görərik. Yaxşı, ölkədə sosial durum ağırdır, cəza evlərindən çıxanların reabilitasiyası aşağı səviyyədədir, narkoman narkomaniyadan əl çəkmir, bu aydın. Əgər təkrar cinayətkarlığın artmasına səbəb yalnız bunlar olsaydı, keçmiş məhbuslar daha çox ümumi adı “toyuq oğurluğu” olan xırda cinayətlərlə məşğul olmazdılarmı? Necə olur ki, həbsxanadan çıxan 3 gün sonra mütəşəkkil dəstə ilə quldurluq edir? İstanbulda silahlı razborkalarda peyda olur? Narkobaronların əlinə keçir? Demək, əslində qapalı olmalı olan cəzaçəkmə müəssisələri açıqdır - amma kriminal aləmə.
Rüşvətlə ələ alınmış rəislər, payını götürüb baş verənlərə göz yuman rəhbər şəxslərin vecinə də deyil ki, Azərbaycan sürətlə kriminallaşır. Hər iri cinayəti axtarın, təşkilatçılar içərisində mütləq keçmiş məhbus var.
Ceyhun Həsənov qoruq torpaqlarında pomidor əkərkən ölkəmizdə ciddi kriminal olaylar yaşanır. Hamısının kökündə də rüşvət.
Aygün Muradxanlı
Teref.az