İllaki, Oksana incəsəntdən danışmalıdır-deyirsinizsə, buna da bir layiqli çıxış yolu tapa bilərsiniz!

11-03-2023, 18:16           
İllaki, Oksana incəsəntdən danışmalıdır-deyirsinizsə, buna da bir layiqli çıxış yolu tapa bilərsiniz!
Bu qədər siyası, iqtisadi, sonra səhiyyə, təhsil, ordu, mədəniyyət, ədəbiyyat dərdi , problemi içərisində bir də tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın “Heydər Əliyev İli”nin silsilə tədbirləri çərçivəsində “Naxçıvan” Universitetinə dəvət olunması və orada mühazirə söyləməsini müzakirəyə çıxartmağı özümə qəbahət sandım! Fikirləşdim ki, hazırda əhalinin böyük bir hissəsinin işi yox, gücü yox! Bekarçılıqdan qoy bir az da Oksanayla bağlı fikir yürütsün....
Zatən evimizin içində , Zaur, Xoşğədəm, Ay Zaur, Amil Xəlil , Lalə Azərtaş, Elgiz Əliyev kifayət qədər gündəmimizi zəbt edib. Oksananın bunlardan nəyi əskikdir və yaxud nəyi artıqdır? Hamısı eyni missiyanın daşıyıcılarıdır. Beləcə, Oksananı müzakirəsini çoxu aparırdı deyə susdum.
İndi baxıram ki, tanıdığım hörmətli jurnalist həmkarlarım da olayı dəstəkləyiblər. Anlamadım niyə?Bir çoxu da kişi jurnalistlər(????)
Oksananın ali təhsili var və ya yoxdu bu haqda məlumatlı deyiləm... Amma 3 dəfə ailəsi dağılmış, haqqında cəmiyyətdə xoşagəlməz fikirlər dolaşan, buna baxmayaraq lüks həyat keçirən cavan və gözəl bir xanım tələbələrə danışdığı mühazirənin effektinin nə olacağını anlaya bilmirəm.
Oksananı, qanını qaşığa qoyaraq müdafiə edən həmkarlarım, hansı biriniz 17 yaşlı qızınızın Oksanadan örnək götürməsini istəyirsiniz? O auditoriyada öz qızınızın heyranlıqla Oksanya baxmasını təsəvvür edirsinizmi??
“Naxçıvan” Universitetinin rektoru Anar Kazımovdan da bir xahişim var, Oksana xanım çox gözəl və şirin xanımdır, ona simpatiyanız varsa, aparın gözəl bir restorana qonaqlıq verin, bahalı hədiyyə alın, lap evinizə də apara bilərsiniz, seçim sizindir! universitetə yox, beynləri ağğappaq kağız kimi təmiz olan yeniyetmərən qarşısına yox!
İllaki, Oksana incəsəntdən danışmalıdır-deyirsinizsə, buna da bir layiqli çıxış yolu tapa bilərsiniz! Məsələn, Azərbaycan incəsənətinin elə sənətkarları var ki, onları unutmaq incəsənətə xəyanət etməkdir. “Blogerlik və incəsənət” mövzusunda mühazirə söyləmək üçün Oksanadan da başqa incəsən dahiləri var! Sənətkar qıtlığıdırmı?
Yüzlərlə tamaşaya və kinoya can vermiş, yeni obraz yaratmış , Afaq Bəşirqızı, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, Həmidə Ömərova, Şəfiqə Məmmədova, Zemfira Nərimanova, Səidə Quliyeva hardadı ki, incəsənət Oksananın ümidinə qalsın???? (Bu lap Müd. Naz. 44 günlük müharibədə geniş fəaliyyət göstərmiş şəxslərin əvəzinə Nətavan Həbibiyə "Fəxri Fərman" verməsinə bənzədi...)
Yeri gəlmişkən bir həmkarım mənə yazır ki, sənin adını sadaldıqlarının sosial mediada nə qədər adam təqib edir?)
Həmkarım, onlar teatrımızın və kinomuzun korifeyləridir. Universitet də sosial şəbəkə deyil... Universitet təhsil-təlim-tərbiyə ocağıdır, hansısa bir sənətkarı tədbirə çağıranda uzaqbaşı tanınmayanlar üçün orada kiçik bir video -tanışlıq etmək də mümkündür....
Zatən adını çəkdiyim sənətkarları uşaqdan böyüyə hamı tanıyır... bunun üçün tiktoker olmağa ehtiyac yoxdu... Gənclər üçün belə mühazirənin önəmi böyükdür, həmin sənətkar xanımların birgə işlədiyi korifey sənətkarların həyatı haqqında da bilmədiklərini öyrənmək maraqlıdır...
Bilmirəm.. Oksananı dəstəkləyən dostlarım, sizə Oksananın mühazirəsi maraqlı olardı yaxud Şəfiqə Məmmədovanın yaradıçılıq həyatı, sənətkar dostlar, sənətkarla görüşdən alınacaq tərbiyəvi əhəmiyyət, bilgi, zövq?Bilmirəm...Amma hazırda gənclərə nə lazım olduğunu biz valideynlər, pedaqoqlar müəyyən etməlidirlər!!
Son olaraq: Bizim vaxtımızda Xudu Məmmədovla görüşməyə can atardıq, Şahmar Əkbərzadə, Famil Mehdi, Əlfi Qasımov, Bayram Bayramov idi örnək şəxslər, gəncə , tələbəyə mayak olacaq ziyalıların dediyini götürməyə çalışardıq... Heyf bütün sərvətlərimiz kimi, mənəvi sərvətlərimiz də talanır...həm də bizim dəstəyimizlə.....
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.