Dövlət tezliklə “silah amnistiyası” elan etməli,...

13-03-2023, 00:07           
Dövlət tezliklə “silah amnistiyası” elan etməli,...
İstənilən böyük hərbi münaqişələr və müharibələrdən sonra çox sayda qeydiyyatsız, qənimət (trofey) silah müxtəlif insanların əlinə keçir. 44 günlük Vətən savaşının coğrafiyasını, miqyasını, iştirakçı sayını nəzərə alsaq, qənimət silahların müxtəlif əllərə düşməsi ehtimalı çox yüksəkdir.
Buna görə də, Dövlət tezliklə “silah amnistiyası” elan etməli, qanun qəbul edərək deməlidir ki, kim qənimət silahları, məsələn, 6 ay ərzində könüllü təhvil virəcəksə o cinayət məsuliyyətindən tam azad edilir, hətta dövlət orqanlarına təhvil verilən istənilən silah-sursatın əvəzinə böyük məbləğdə pul ödəniləcək. Kim 6 aylıq müddətdən istifədə etməyib silah-sursatları özündə saxlamağa, və ya satmağa çalışacaqsa, həmin şəxslər də ciddi cəzalandırılacaqlar.
Bu addım mütləq atılmalıdır, çox böyük ehtimal 44 günlük Vətən savaşından sonra bir çox insanlarda qənimət silahlar qalıb. Son zamanlar məmləkətdə silahlı insidentlərin baş vermə səsbəblərindən biri də qənimət silah-sursat dövriyyəsinin artması ola bilər, bu məsələ həll edilməlidir...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.