XİN: Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmir

14-03-2023, 09:14           
XİN: Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmir
Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Onun sözlərinə görə, Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasıma etiraz etmir, bu təşəbbüs yalnız 60 gün uzadıla bilər.

Verşinin deyib ki, Cenevrədə taxıl sazişi üzrə Rusiya-BMT məsləhətləşmələri asan keçməyib.

"Rusiya taxıl müqaviləsinin yenidən uzadılmasına qərar verərkən kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasının effektivliyinə arxalanacaq" - deyə rusiyalı diplomat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru