Avropada qaz kəskin ucuzlaşdı

15-03-2023, 09:34           
Avropada qaz kəskin ucuzlaşdı
Avropada təbii qazın qiyməti kəskin ucuzlaşıb.

Martın 14-də keçirilən ticarət sessiyası zamanı mavi yanacağın qiymətindəki eniş daha da sürətlənib və 10 faizə çatıb.

Bunu ICE birjasının məlumatları sübut edir. Belə ki, sessiya zamanı qiymət min kubmetr üçün 500 dollardan da aşağı düşüb.

Axşam saatlarında TTF indeksi üzrə aprel fyuçersləri 9,7 faiz dəyər itirərək min kubmetr üçün 495,6 dollara satılıb.

Sürətli azalmaya baxmayaraq, qazın qiymətləri uzun müddətli müşahidələr ərzində qeydə alınan orta göstəricidən iki dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru