Cəlilabadda köhnə qaz sayğacları dəyişdirildikdən sonra niyə cərimə yazıldı? - VİDEO

16-03-2023, 10:38           
Cəlilabadda köhnə qaz sayğacları dəyişdirildikdən sonra niyə cərimə yazıldı? - VİDEO
Cəlilabadda qaz sayğacı dəyişdirildikdən sonra vətəndaşlara cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, rayonunun Göytəpə şəhər sakinləri Bayram Cabbarov və İsaxan Şirinovun evlərinə quraşdırılan qaz sayğaclarının istismar müddəti başa çatdığı üçün Lənkəran Reqional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənib.

Amma dəyişiklikdən sonra onlara cərimə yazılıb. Səbəb kimi sayğaca müdaxilə göstərilib.

Qonşular cərimə ilə razı olmadıqları üçün məhkəməyə müraciət ediblər.

Məhkəmə isə borcun silinməsi haqqında qərar çıxarıb. Amma məhkəmənin qərarı icra edilmir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bildirib ki, borcun silinməsi üçün müəyyən prosedurlar yerinə yetirilməlidir.

Qeyd edilib ki, abonentlər həmin sənədləri təqdim edəndən sonra məhkəmənin qərarını yerinə yetiriləcək.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru