"Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir" - Arif Əliyev

16-03-2023, 15:36           
"Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir" - Arif Əliyev
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir.Ümumiyyətlə, Azərbaycanda həmkarlıq ittifaqı sistemi işləmir".

Bu fikirləri "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, ictimai əlaqələr üzrə tanınmış mütəxəssis Arif Əliyev bildirib.

O deyib ki, bu sistemin işlədilməsinə vaxtilə neftçilər tərəfindən cəhdlər edilsə də, ancaq bu, onlara çox ağır başa gəldi: "Bəlkə o dərs oldu, bəlkə başqa məsələlər də var idi. Fikrimcə, Həmkarlar İttifaqında adətən işə götürənlərlə işə alınanların münasibətləri tənzimlənir. Ancaq hesab edirəm ki, Azərbaycanda Həmkarlar İttifaqı Konfederasiyasının fəalliyəti demək sıfıra bərabərdir. Bəzi yerlərdə onlar sosial məsələlərlə məşğul olurlar, əmək hüquqları ilə məşğul olduqları müşahidə olunmur".

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru