Psixoloqsuz məktəblər: - Nazirlik say açıqlamır, çünki...

16-03-2023, 16:18           
Psixoloqsuz məktəblər: -
Son zamanlar məktəblərdə baş verən neqativ hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradır.

Təhsil müəssisələrində şagirdlər arasındakı aqressiv davranış, bıçaqlanma hadisələri baş verib. Martın 3-də 83 nömrəli məktəb-liseydə iki 10-cu sinif şagirdi tənəffüs zamanı mübahisə ediblər. Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Belə nümunələrlə yanaşı, dəfələrlə şagird- müəllim münasibətində də xoşagəlməz hallar baş verib. Bəziləri bunun səbəbini valideynlərdə, bəziləri müəllimlərdə, bəziləri isə məktəb psixoloqlarında görür. Çünki şagirdlərlə müəyyən yaşlarda və hallarda psixoloji söhbət aparmaq üçün məktəblərdə psixoloji xidmət göstərmək üçün psixoloqlar fəaliyyət göstərir. Lakin bəzi məktəblərdə psixoloq yoxdur.

Ümumiyyətlə, ölkəmizdə neçə ümumi təhsil müəssisəsində psixoloq yoxdur? Psixoloqu olmayan məktəblər bu xidmətdən istifadə etmək üçün hara müraciət edir?

Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, psixoloqu olmayan məktəblərin sayı çox azdır. Məlumatda konkret say göstərilməyib, ancaq qeyd edilib ki, bu rəqəm il ərzində dəyişkən olur: "Psixoloqu olmayan məktəblərdə bu funksiyalar psixoloq təyin olunanadək, qismən pedaqoji işçilər tərəfindən həyata keçirilir. Psixoloq vəzifəsi ümumi və tam orta təhsil müəssisələrinin ştat cədvəlinə daxildir. Psixoloq vəzifəsi və onun funksiyaları “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda nəzərdə tutulub. Ümumi təhsil müəssisələrində psixoloji xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” ilə tənzimlənir. Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.