Nazirlik qoyunlara 74 milyon manat xərcləyəcək - TENDER

17-03-2023, 00:06           
Nazirlik qoyunlara 74 milyon manat xərcləyəcək - TENDER
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi "Agro Best” QSC (VÖEN – 1405235391) olub. Məşğulluq Xidməti qeyd olunan mallarının alınması üçün qalib şirkətə 73 milyon 574 min 800 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, "Agro Best” QSC 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.

Qeyd edək ki, "Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan "Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru