Bakı sakinlərinin nəzərinə – Aprelin 24-dən 29-dək…

17-03-2023, 11:24           
Bakı sakinlərinin nəzərinə – Aprelin 24-dən 29-dək…
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda əhalinin istifadəsi üçün açılacaq.

24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Göstərilən yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək. Maşınların orada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru