“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı TƏKZİB

17-03-2023, 16:27           
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı  TƏKZİB
“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, 16.03.2023 tarixində bəzi saytlarda vətəndaş Elçin Rüstəmlinin “facebook” sosial şəbəkəsində yerləşdirdiyi statusa istinadən dərc edilən xəbərləri təkzib edirik. Belə ki, E. Rüstəmov ADY-yə rəsmi və yaxud şifahi formada sorğu göndərmədən, şəxsi mülahizələrinə əsasən, Bakı Dəmiryol Vağzalı ilə “28 May” metrostansiyası arasında yerləşən və təmirə dayandırılmış pilləkənlə bağlı əsaslandırılmamış və qərəzli məlumat yaymışdır.

“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən və Mirəli Qaşqay küçəsinə və əks istiqamətə vətəndaşların çıxışını təmin edən cüt pilləkən yolunun əsas dayaq konstruksiyası texniki ekspertiza rəyinə əsasən, qəzalı vəziyyətdə olmuşdur. Bu səbəbdən pilləkən 24.01.2023 tarixindən etibarən təmirə dayandırılmışdır. Bu barədə öncədən ADY-nin sosial media hesablarında məlumat yerləşdirilərək vətəndaşlara xəbərdarlıq olunmuşdur.
Müvafiq məlumatın linki aşağıda təqdim olunur.
Vətəndaşların nəzərinə!... - Azərbaycan Dəmir Yolları | Facebook

Qeyd edək ki, təmirə dayandırılmış pilləkənin qəzalı olması ilə bağlı məlumat və fotolar vətəndaş E.Rüstəmliyə təqdim edildikdən sonra, qarşı tərəf əsaslandırılmamış məlumat yaydığına görə, sosial şəbəkədə paylaşdığı məlumatı silmişdir.
Bir daha vurğulayırıq ki, ADY-yə məxsus stansiya və vağzallarda, o cümlədən giriş və çıxışlarda təhlükəsiz mühitin yaradılması əsas prioritetlərimizdəndir.
Qoşmada pilləkənin təmirə dayandırılmamışdan öncə çəkilmiş və alt hissədən qəzalı olmasını sübut edən fotoları təqdim edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.