Ağsu Regional Qaz İstismarı İdarəsində ÖZBAŞINALIQ - "Azəriqaz" şefinin NƏZƏRİNƏ!

18-03-2023, 09:26           
Ağsu Regional Qaz İstismarı İdarəsində ÖZBAŞINALIQ -
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi rəhbərliyinin özbaşınalığından DİA.AZ olaraq dəfələrlə yazmışıq. Amma görünəni odur ki, "Azəriqaz" rəhbərliyinin bu barədə susqunluğunu açıq HİMAYƏ kimi qəbul edən yerdəki məmurlar özlərini göydəki Allah bilib özbaşınalıqlarını daha da irəli aparıblıar. Bu da nəticəsi. Vəziyyət o həddədir ki, bu dəfə sözügedən idarədən sıravi vətəndaşlar, "Azəriqaz" abonetləri yox, elə həmin idarənin öz çalışanları giley edir.

“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi nin işçisi Məmmədov İlkin Vidadi oğlu bildirir ki, həmin idarənin Baş mühəndisi Zaur Məmmədov onu və ailə üzvlərini açıq şəkild təhqir edib və bununla yetinməyərək, təhqir etdiyi işçinin qovulmasına da nail olub.

DİA.AZ bildirir ki, bununla əlaqədar sözügedən idarənin əməkdaşları etiraza qalxaraq bu haqsızlığın durdurulması üçün "Azəriqaz" rəhbərliyi qarşısında tələblərini irəli sürüblər və işi dayandırdıqlarını bəyan ediblər.

Daha ətraflı aşağıdakı videoda:

https://www.facebook.com/ilkin.memmedov.1401/videos/616142769858827

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum vəşəxsləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.