Qəbələyə gedən sürətli qatarda sərnişinləri narahat edən nədir? - VİDEO

19-03-2023, 11:14           
Qəbələyə gedən sürətli qatarda sərnişinləri narahat edən nədir? - VİDEO
Dünən səhər saatlarından Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb.

Publika.az xəbər verir ki, bilet qiymətləri isə 14 manatdan başlayır. Amma eyni qatarda bəzi yerlər adi biletdən təxminən 6-7 dəfə baha qiymətə təklif edilir.

Qatar həftə sonları olmaqla hər şənbə günü Bakıdan Qəbələyə yola düşəcək, bazar günü isə geri qayıdacaq.

2 mərtəbəli sürətli qatar sərnişinlərin ürəyincə olsa da, onları narahat edən başqa bir məqam odur ki, Bakıdan gələn qatar rayon mərkəzindən təxminən 26 km uzaqlıqdakı Hacallı kəndində dayanır.

Gələcəkdə qatarın hərəkət qrafikinin həftədə bir neçə gün olması planlaşdırlır.

Mövzu ilə daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru