“SÜNDÜZ CƏFƏROVA DİREKTOR TƏYİN OLUNAN GÜNDƏN İNTİHARLARIN SAYI ÇOXALIB” – Şərur sakinləri məktəb direktorundan

20-03-2023, 00:19           
“SÜNDÜZ CƏFƏROVA DİREKTOR TƏYİN OLUNAN GÜNDƏN İNTİHARLARIN SAYI ÇOXALIB” –
Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Müslüm-Mehrab kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər Müslüm-Mehrab kənd məktəbinin direktoru Cəfərova Sündüz Şəmsəddin qızından şikayətçidirlər. Onlar iddia edirlər ki, S.Cəfərova direktor təyin olunan gündən məktəbdə intihar hadisələri çoxalıb:

“Biz, Müslüm-Mehrab kənd sakinləri olaraq uşaqlarımızın gələcəyindən narahatıq. Belə ki, məktəbin direktoru Cəfərova Sündüz Şəmsəddin qızı, ailələrində problem olan uşaqları incidərək və şəxsiyyətlərini alçaldaraq onları intihara cəlb edir.

Deməli, 6 ay öncə yuxarı sinif şagirdlərindən biri özünü asmış və həyatına son qoymuşdur. Həmin günü uşaq məktəbə gəldiyi halda, ona qayıb qoyulub. Bir halda ki, azyaşlı həmin günü məktəbdə olub və direktorla da münaqişəsi yaranıb... Sözlərinin çəp gəlməsinin səbəbi isə şagirdin üzünə düşən saçı olmuşdur. Buna əsəbləşən direktor şagirdi alçaltmaqla yetinməyib, hətta məktəbə polis çağırmışdır.

Direktor əsasən də ailəsində problem olan uşaqları əzməyə çalışırdı. O, Naxçıvanın çox yaxşı tanınan, ziyalı ailənin gəlini olub. Bu, nigah cəmi 3 ay çəkmişdir. Həmin uşağın hadisəsi də, digər şagirdlərin başına gələnlər kimi dövlət tərəfindən- məhkəmə, polis, prokurorluq, hətta müstəntiq tərəfindən üstü örtülmüşdür. İntihar edən azyaşlının valideyini direktordan şikayətçi idi. Direktora qarşı çıxan, haqsızlığa boyun əyməyən müəllimləri isə müxtəlif yollarla susdururlar.

Belə ki, intihar edən şagird Sadiqov Elməddin Zahir oğlunun həyatına son qoyma səbəbilə bağlı polis əməkdaşları həmin məktəbin şagirdi, eyni zamanda intihar edən Elməddinin yaxın dostu Məmmədov Səfəri dindiriblər. Alınan məlumata görə, polis əməkdaşları Səfəri həqiqətləri deməkdən çəkindirmək üçün müəyyən hədə-qorxular gəliblər. Maraqlısı və qaranlıq qalan elə bu hissədir ki, bəs bu direktorun arxasında kimlər durur? Kimə güvənir?"

Kənd sakinləri deyir ki, direktor Sündüz Cəfərovanın qanunsuz əməlləri “yuxarılar” tərəfindən ört-basdır edilir: “Biz başa düşmürük ki, bu direktorun arxasında kimlər durur? Amma onu deyə biıərik ki, DTX-nın özü də daxil olmaqla, bütün dövlət qurumlarında sözü keçir. Bu səbəbdən, bir çox müəllimin əsəbləri pozulub, mütəmadi olaraq dərman qəbul edirlər.

İntiharların səbəbləri araşdırılsa, məktəb direktoru da daxil olmaqla, bir neçə qurumun nümayəndəsi də həbs edilə bilər.

Yaşamaq, yaşından asılı olmayaraq, hər bir vətəndaşın haqqıdır. Və heç bir vətəndaşın da haqqı yoxdur ki, kiminsə həyatına son qoyulmasında əli olsun. Həmin intihar edən azyaşlılar kimliyindən asılı olmayaraq Azərbaycanın gələcəyi üçün savadlı, vəzifəli təmsilçilərindən ola bilərdilər.

Məktəbin savadlı, xeyriyyəçi kadrlarından olan Vüsalə müəllimənin də canını boğazına yığıblar. Həmin bəhs etdiyimiz müəllimə uşaqların haqlarını tələb etdiyi üçün təhdidlərlə üz-üzə qalır. Biz belə düşünürük ki, Vüsalə müəllimənin son zamanlar xəstəliklərdən əziyyət çəkməyinə və hardasa səssizliyə üz tutmasına səbəb elə həmin təhdid və hədə-qorxulardır.

Sizin redaksiyadan xahiş edirik ki, bizim bu problemi işıqlandırasınız. Bu vasitə ilə Azərbaycanın gələcəyi olan azyaşlıların həyatını xilas etmiş olarsınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeylərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.