Yerli istehsal sayılan maşınların necəsi satılıb?

22-03-2023, 08:14           
Yerli istehsal sayılan maşınların necəsi satılıb?
Azərbaycanda 2023-cü ilin yanvar-fevral aylarında 456 ədəd minik avtomobili istehsal edilib (vintaçanla yığılıb və ya montaj olunub).
Buna bizim hökumət “yerli avtomobil istehsalı” deyir, hətta bir ara nazirliklərə, məmurlara tapşırmışdılar ki, “yerli avtomobillərə” keçin. Əslində isə o maşınlarda yerli olan bir tək təkərlərinə vurulan havadır – qalan hər şey, hər bir detal, hətta bolt-qaykası belə xaricdən gətirilir, amma sözüm heç ona da deyil.
Deməli, ilin ilk 2 ayında 456 ədəd maşın yığılıb, indi soruşacaqsız ki, bəs bu təzə maşınlardan neçəsi satılıb?! Soruşmayın, çünki, satış yoxdur, hətta anbarlarda keçən ildən qalan maşınlar da var – 2023-cü ilin martın birinə anbarlarda satılmamış 465 avtomobil qalıb.
Birdən sual versəniz ki, əsl maşın istehsalı necə olur, deyim də, məsələn, Toyota şirkəti dəqiqəyə 20, günə 28 000, aya 872 min avtomobil istehsal edir – yəni, Azərbaycanın 60 günə, iki aya yığdığı, adına da "yerli istehsal" dediyi 456 maşını Toyota 23 dəqiqəyə istehsal edir.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.