Dünya birjalarında neft ucuzlaşdı

23-03-2023, 09:55           
Dünya birjalarında neft ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.

Publika.az TASS-a istinadən xəbər verir ki, investorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.

Qeyd edək ki, ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkədə kommersiya ehtiyatları həftə ərzində gözlənilmədən 1,1 milyon barel və ya 0,2% artaraq 481,2 milyon barrelə çatıb. Analitiklər isə əksinə ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Neft hasilatı da eyni zamanda sutkada 100 min barel artaraq 12,3 milyon barelə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru