Jurnalist McDonalds-dan şikayət etdi - "Həmin pula evə 3 kilo ət, neçə kilo kartof, çörək ala bilərik..."
23-03-2023, 11:37
“Uşaqların təkidi ilə McDonalds-a 3 təklifli menyü sifariş verdik, 61 manat hesab gəldi. Rəzillik, adi yumşaq çörək, ət 300 qram, naqetslər yarım kiloqram toyuq əti eləmir, kartof da yarım kiloqram etməz. Çatdırılma haqqı ilə 35 manat versək, yenə də çoxdur. Peşmanam”.
TEREF.AZ bildirir ki, Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Yusif Kərimli bildirib.
Jurnalist McDonalds-dan şikayət etdi
“Siz də peşman olmayın. Həmin pula evə 3 kilo ət, neçə kilo kartof, çörək ala bilərik. Pulumuzu kapitalizmə yem etməyək! O pulu biz zülmlə qazanırıq”, - o qeyd edib.