Şəhid anasını aldadaraq pulunu mənimsəyiblər... - BU NƏDİ BELƏ?

24-03-2023, 11:38           
Şəhid anasını aldadaraq pulunu mənimsəyiblər... -
"Tovuz rayonunda dəfn olunan şəhid Elmar Şirinovun anası Amana Nəsirova deyir ki, şəkildəki şəxs onu televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq 200 manatını mənimsəyib". DİA.AZ bildirir ki, bunu paylaşımında ictimai fəal, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu qeyd edib.

E.İslamoğlu daha sonra bildirir: "Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir.

Adını Bəxtiyar deyərək, özünü Ağdam qaçqını kimi tanıdıb. Əgər doğrudan da Ağdamlıdırsa, onda şəhidlərin haqqı bu adama haram olsun. Torpağını, dədə-baba yurdunu düşməndən azad edən şəhidin anasını aldatmaq rəzillikdir.

Dostluğumdakı ağdamlılar, şəhid anasını aldadan bu adamı tanıyırsınızsa, üzünə tüpürün. Şəhid anasından üzr istəyib pulunu özünə qaytarsın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru